Adın tutdun, qulağı görünər.

bax Adın tut, ğulağını bur.
Adın tut (çək), qulağını bur.
adına dəyməz*
OBASTAN VİKİ
Sənin adın
Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi. Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir. Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir. Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir. Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır. Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.
Buassiye tovlu qulağı
Melandrium boissieri Schischk. = M. latifolium (Poir.) Maire Hündürlüyü (15) 35-60 (70) sm, gövdəsi düz, çəngəlvari budaqlanmış, əsasən aşağı hissədə qismən tüklü, çox vaxt çox xovlu-tüklü olan ikiillik və yaxud çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları hər iki tərəfdən adətən sıx tüklüdür, kökətrafı və aşağı gövdə yarpaqları elliptik və ya uzunsov-əksinə neştərvaridir, qısa saplağa daralmışdır, qalanları isə oturaqdır, uzunsov və yaxud yumurtaşəkilli-neştərvari, bəzən yumurtaşəkillidir, sivri və ya az sivriləşmiş, nadir halda kütdür, yuxarıdakılar çox vaxt neştərvaridir. == Çiçək == Çiçək qrupu boşdur, çəngəlvari budaqlanmışdır, erkəkcikli çiçəkləri daha budaqlanmış və çoxçiçəklidir. == Meyvə == Qutucuğun uzunluğu (15) 17-18 (20) mm-dir, uzunsov-yumurtaşəkilli və ya əksinə armudşəkillidir, 10 ədəd dişlərlə açılandır, xariçə doğru qatlanmışdır. Toxumlarının uzunluğu 1 mm-ə qədərdir, böyrəkşəkillidir, qonur və az qabarıqdır. == Çiçəkləməsi == Aprel-İyul (Avqust) == Meyvə verməsi == May-Avqust == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər. == Yaşayış mühiti == Kolluqlarda, bağlarda, talalarda, otlu yamaclarda, qaya və daşların kölgəsində, çayın quru yataqlarında, alaqlı yerlərdə, bağ və bostanlarda, əkinlərdə alaq kimi rast gəlinir.
Sənin adın (roman)
Sənin adın (君の名は。, Kimi no Na wa.) — Makoto Şinkay tərəfindən yazılmış Yaponiya romanı. Roman Makoto Şinkayın rejissoru olduğu "Sənin adın" anime filmi üçün ilham mənbəyi rolu oynamışdır. Yaponiyada 18 iyun 2016-cı ildə Kadokawa nəşriyyatı nəşr olunmuşdur. Bundan əlavə, Arato Kano tərəfindən filmin yan personajlarından bəhs edən "Sənin adın. Digər tərəf: Yer əlaqəsi" adlı spin-off romanı da yazılmışdır. Romanın üzlüyünü Masayoşi Tanaka hazırlamış, illüstrasiyaları Hiyori Asahikava çəkmişdir. 16 oktyabr 2016-cı ilə qədər romanın 1.009.000 nüsxəsi satılmışdır. Roman ardıcıl səkkiz həftə Oricon-un bunko kitab çartında birinci yerdə qalmışdır. Roman 1 milyondan çox nüsxə satmış 34-cü bunko kitabdır.
Sənin adın Dənizdir (opera)
Sənin adın Dənizdir (ing. Your Name Means the Sea) — bəstəkar Firəngiz Əlizadənin qısa kamera operası. Libretto bəstəkarın özünə məxsusdur. İlk tamaşa ABŞ-də Houston Grand Operada 2011-ci ilin may ayının 25-i göstərilib. Dənizi Hyuston operasının sopranosu Laura Botkin, onun atasını isə Amerikan baritonu Con Pakkard ifa ediblər. Seymur rolunda Azərbaycan tenoru Babək Niftəliyev, onun anasının rolunda isə Mələkxanım Əyyubova çıxış ediblər. Bu, okeanı keçən mədəniyyətlər və dillərarası böyük sevgini iki musiqi gücü köməkliyi ilə anlatan operadır: bir yandan gənc Amerikan rəssamı Dənizin və atasının hekayəsindən söz açan Qərbi simli kvratet və fleyta, o biri yandan isə gənc Azərbaycan müğənnisi Seymur və anasının hekayəsindən bəhs edən tar, kamança və muğam xanəndəsi.
Adın sirri və tale. Qurban Səid (film, 2010)
Adın sirri və tale. Qurban Səid qısametrajlı sənədli filmi rejissor Murad Muradov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film "Ritm Prodakşn"da istehsal edilmişdir. Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib. Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığından bəhs edir. Məhəmməd Əsəd bəy Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Almaniyaya mühacirət edib. O, Avstriya və İtaliyada da məskunlaşıb. Ağır xəstəlikdən vəfat etmiş nasir İtaliyada Neapol yaxınlığında, Pozitano adlı yerdə dəfn olunub. Film Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib.